QHT Koalisiyasının təmsilçiləri Gəncəyə səfər ediblər Hadisə

QHT Koalisiyasının təmsilçiləri Gəncəyə səfər ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə Gəncə şəhərinə səfər ediblər.

525.az xəbər verir ki, səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, abidə kompleksinə gül dəstələri qoymuş, Vətən üçün canından keçən şəhidlərin əziz ruhuna dua oxuyublar.
Daha sonra QHT təmsilçiləri Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürklə görüşüblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, Koalisiyanın gələcəkdə Türkiyədə, Azərbaycanda, Gəncə şəhərində görməyi planlaşdırdığı işlərmüzakirə edilib.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyanın üzvləri 1918-ci ildə Azərbaycanın azad olunmasında müstəsna rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərindəki ev muzeyini ziyarət etmiş, ADR-in tanınmış simalarından olan Nağı Şeyxzamanlının nəvəsi Arifə Şeyxzamanlı ilə görüşüblər.

QHT təmsilçiləri eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş şəhidlərimizin ailələrinə baş çəkib, onların durumu ilə maraqlanıb, ailələrə və azyaşlı uşaqlara yardımlar, hədiyyələr təqdim ediblər.
Günün sonunda Koalisiya təmsilçiləri Gəncəyə ermənilər tərəfindən atılan raketlər nəticəsində hər iki valideynini itirmiş balaca Nilayı da ziyarət edib, ona hədiyyələr veriblər.

Səfərdə Koalisiyanın sədri, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli, Koalisiyanın həmtəsisçisi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Koalisiyanın həmtəsisçisi, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Koalisiyanın həmtəsisçisi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov, Koalisiyanın təsisçi təşkilatı Gəncliyə Yardım Fondunun təmsilçiləri Eldar Kərimov və Rüfət Şirinov, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli, Vətən Müharibəsi iştirakçısı, telejurnalist Pərviz Aslanov iştirak edirlər.

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə arasındakı ictimai əlaqələri daha dagüclındirmək məramı ilə yaradılıb. Koalisiyada Müasir İnkişaf Birliyi, Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,"Könüllülük Fəaliyyətinin Təbliği"gənclər birliyi təmsil olunur.