“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
24 İyun 2021 15:33
2 191
Bakıda vətəndaşları aldadan şirkət rəhbəri həbs edilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, iyunun 18-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.
Müəyyən edilmişdir ki, bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub.
Eyni zamanda bildiririk ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
1 Noyabr 17:46
1 596
1 Noyabr 14:21
1 596
31 Oktyabr 20:55
2 023