KOBİA: Qum-çınqıl hasilatına qoyulan məhdudiyyət qiymət artımına təsir edir Hadisə

KOBİA: Qum-çınqıl hasilatına qoyulan məhdudiyyət qiymət artımına təsir edir

Azərbaycanda qum-çınqıl hasilatına qoyulan məhdudiyyət qiymət artımına təsir edir.

"APA-Economics" xəbər verir ki, bunu Kiçik və Orta biznesin inkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Qum və Çınqıl İstehsalçıları Biznes Forumu" çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müvafiq qurumların ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tənzimləyici tədbirləri, eyni zamanda, bu sektorla bağlı olan və yerli xammala əsaslanan tikinti materiallarının istehsalı, eləcə də işğaldan azad edilən ərazilərdə tikinti sektorunda olan potensial canlanmanı nəzərə alaraq, artan tələbat və məhdudlaşdırıcı tədbirlər fonunda qiymət yüksəlir.

"Hesab edirik ki, bu sahədə aparılan islahatlar və tənzimləyici tədbirlərin xarakteri və əhatə dairəsi qısa, orta və uzunmüddətli вхмкдэк цбцт müəyyən edilməli, biznes strukturlarına alternativ imkanlar təklif olunmalı və bu barədə maarifləndirici, izah edici tədbirlərin intensivliyi artırılmalıdır", - deyə O. Məmmədov qeyd edib.