“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
25 İyun 2021 16:38
3 108
Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar təşkil olunmuş "Qarabağ Azərbaycandır!" adlı ekspedisiya başa çatıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ekspedisiya üzvləri HHQ-nin zabiti polkovnik-leytenant Zal Nəbiyevin rəhbərliyi və "Qartal" Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayevin iştirakı ilə Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş ediblər.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını, eləcə də Azərbaycan Ordusu, HHQ və "Qartal" Dağçılıq İdman Klubunun bayraqlarını dalğalandırıblar.
12:03
574
19 Sentyabr 12:36
1 022
18 Sentyabr 21:11
1 190


