Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
15 İyul 2021 10:46
2 590
Xaricdə dövlət hesabına təhsil almış şəxslər ilk növbədə dövlət qulluğuna birbaşa test imtahanı verməklə qəbul edilirlər. Yəni, onlar müsahibə mərhələsində iştirak etmirlər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantlar təqaüd almaqla üçtərəfli müqavilə imzalayır və əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək öhdəliyi daşıyırlar.
Bundan əlavə, mütəmadi olaraq işsiz olan Dövlət Proqramı məzunlarının statistikası Təhsil Nazirliyinin müvafiq şöbəsində qeydiyyata alınır. Dövlət qurumları və özəl sektorların müraciətlərinə əsasən, vakansiyalara uyğun olaraq müvafiq ixtisas bitirmiş məzunların məlumatları qarşı tərəfə təqdim olunur. Həmçinin, məzunların müraciətlərinə əsasən, işləmək arzusunda olduqları qurumlara nazirlik tərəfindən dəstək məktubları təqdim olunur.
22 Sentyabr 19:59
819
22 Sentyabr 19:21
756
22 Sentyabr 18:04
749