Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
15 İyul 2021 13:43
1 680
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Bü gün Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb. Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.
Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcək.
19:59
700
19:21
679
18:04
679