"Apple" yeni "iPhone" modellərini təqdim edib Hadisə

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Bu gün "Apple" şirkəti payız təqdimatı çərçivəsində yeni "iPhone" modellərini təqdim edib.

Canlı yayımlanan təqdimat mərasimində "iPhone 13", "iPhone 13 mini", "iPhone 13 Pro" və "iPhone 13 Pro Max" modelləri təqdim edilib.

Yeni "iPhone 13 mini"nin qiyməti ABŞ-da 699 dollardan, "iPhone 13"ün qiyməti 799 dollardan, "iPhone 13 Pro"nun qiyməti 999 dollardan, "iPhone 13 Pro Max"ın qiyməti isə 1099 dollardan başlayacaq.

Bundan əlavə təqdimat zamanı 10,2 düymluq yeni iPad və 8,3 düymluq yeni iPad mini, həmçinin "Apple Watch Series 7" saatı təqdim edilib.