Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis - FOTO Hadisə

Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis - FOTO

Bakı metrosunda yeni inşasına başlanan “B-04” stansiyası Bənövşəyi xəttin davamı olaraq 4-cü stansiyadır.

Bunu "Bakı Metropoliteni"QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, stansiya yeni üsulla inşa ediləcək: "Bu stansiyanın inşası "divarda qrunt" üsulu ilə inşa ediləcək. Əvvəlcə divar betonlanandan sonra qazıla-qazıla aşağı tikilir. Stansiyadan "8 Noyabr" stansiyasına doğru tunel artıq tam hazırdır. Hazırda tikinti 3 növbəli davam edir. Stansiyanın tikildiyi ərazi mürəkkəb geoloji şəraitdir. Ona görə də tikinti zamanı qarşılaşacağımız vəziyyət barədə indidən danışmaq mümkün deyil.

Stansiyanın gövdə hissəsi inşa ediləndən sonra proqnoz verilə bilər. Ola bilər ki, mürəkkəb çətin şəraitlə rastlaşaq".

Qeyd edək ki, Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.