XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Nazir: Azərbaycnın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək
Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi
19 Oktyabr 2021 18:32
2 149
Hazırda ucuzlaşmaqda olan 1 türk lirəsi Azərbaycan manatı ekvivalenti ilə 18 qəpik civarındadır. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsullarının qiymətində ucuzlaşma hiss olunmur.
Bunu açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, buna səbəb türk şirkətlərinin idxalı dollar və avro ilə aparmasıdır: "Lirə ucuzlaşdıqca Türkiyənin yerli şirkətləri sifarişləri bahalaşdırırlar. Mağazalarımızda olan malların çoxu bir neçə ay bundan əvvəlki kursla alınan mallardır. Türkiyə mallarını satan ticarətçilər mallarını köhnə qiymətə aldıqlarına görə çalışırlar ki, baha da satsınlar. Türkiyədən mal idxal edənlərin gəlirləri pandemiyaya görə aşağı düşüb, xərcləri artıb. Bazarda əvvəlki pul dövriyyələri yoxdur. Məcburdurlar ki, qiyməti aşağı salmasınlar".