
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
2020-ci il 10 noyabr üçtərəfli bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizlənib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə döşənən minaların təmizlənməsi tədbirləri davam edir:
"İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 15-dək 18302 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:
Həmin ərazilərdə 22 230 partlamamış hərbi sursat, 17 426 piyada əleyhinə mina, 8 755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri fasiləsiz davam edir”.
Sədr həmçinin bildirib ki, bu işlər ilk olaraq magistral, dəmir yolu, obyekt və yaşayış yerləri üçün nəzərdə tutulan ərazilərdə aparılır.