Yenə qar yağacaq Hadisə

Yenə qar yağacaq

Fevralın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə az qar yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 6-də Azərbaycanın rayonlarında da gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-19 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Fevralın 4-də Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından 7 dərəcə aşağı olub.