20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək Hadisə
- 18 Yanvar 2022 13:30
- 1 519
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.
Metropolitendən verilən məlumata görə, yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.
Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.
Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqlar. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.
Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.
1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz hər il ölkəmizin hər yerində ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin məzarları ziyarət olunur.
O müdhiş gecə metropolitenin kollektivi səhərə qədər fədakarlıq göstərərək, yüzlərlə insan həyatının qurtarılmasında, yeganə sığınacaq yeri kimi onlara dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.
Metropolitenin çoxminlik kollektivinin nümayəndələri də həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edir.
20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.
Metropolitençilər bütün şəhidlərimizin xatirəsini daim əziz tutur.
- 10 May 18:43
- 1 603
- 10 May 18:33
- 952
- 10 May 18:02
- 1 099
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
-
Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər
-
Qəzzada vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb
-
Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti Afrika mətbuatında
-
İmişlidə 10 yaşlı uşağın itkin düşməsi barədə cinayət işi üzrə icraat bərpa edilib
-
Ukrayna MN: Rusiya Kiyevi ələ keçirmək ideyasından imtina etməyib
-
“Ermənistandan Rusiyaya ixrac edilən məhsulların siyahısına hərbi məqsədlər üçün nəzərdə tutulan mikroelektronika da daxildir”-Pünhan Musayev
-
Duma Mişustinin Baş nazir postuna namizədliyini təsdiqləyib - YENİLƏNİB
-
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş - YENİLƏNİB
-
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
-
Rusiya Xarkovu atəşə tutub, ölən və yaralananlar var
-
Məşhur aktivist şantaj edilmələr barədə müraciət edib
-
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib - YENİLƏNİB
-
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
-
Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib
-
Əbədiyaşar Lider - FOTO
-
Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib -YENİLƏNİB
-
Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb
-
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər
-
Bərdədə qadın bıçaqlanıb, qohumu saxlanılıb
-
Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
-
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
-
Sankt-Peterburqda sərnişin avtobusu körpüdən çaya düşüb, xilasetmə işləri aparılır - FOTO
-
ƏƏSMN kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
-
Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
-
Kilsə silaha da əl ata bilər
-
"Ermənistanın xarici siyasəti iqtisadi əlaqələrə görə əsaslanmalıdır"-Əziz Əlibəyli
-
Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb
-
Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev
-
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb
-
Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib
-
İrəvanda keşiş mitinqi: Köçəryanın oyuncağı erməniləri axmaq sayır
-
Körpəyə cahil müdaxilə onurğa beyninin qırılması ilə nəticələnib
-
BMT Azərbaycanı COP29-un uğurla keçirilməsində dəstəkləyəcək - Vladanka Andreyeva
-
Sabunçuda narkoplantasiya aşkarlanıb
-
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb
-
Azərbaycanda COP29 çərçivəsində ağacəkmə aksiyası və fləşmob keçirilib
-
COP29 əməkdaşlıq üçün yeni platformadır - Ceyhun Bayramov
-
Seçkinin vaxtı qabağa çəkilə bilər - Məzahir Pənahov
-
“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq
-
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
-
Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil
-
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
-
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin azalıb
-
Azərbaycan və Qazaxstan XİN başçıları arasında görüş olub - FOTO
-
Prokurorluq Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminin işi üzrə məlumatlara münasibət bildirib
-
Etirazçılar Ermənistan-İran yolunu bağlayıb
-
Təbrizdə Azərbaycan dilində tamaşa icra olunacaq
-
BTC istismara veriləndən 570 mln. tona yaxın neft nəql edilib
-
Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb
-
"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır
-
Şənbə gününün hava proqnozu
-
DİN: Qarabağa girişi məhdudlaşdırılan sürücünün iddiaları əsassızdır
-
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub
-
Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib
-
Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb