Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 272 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 124, buster doza üzrə vaksinasiya olunanların sayı isə 62 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 478 529, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 544, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 378, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 607 təşkil edir.