23 Noyabr 2022 09:06
5 019
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Konsertmeyster ustalığı” kafedrasının müəllimi dosent Gülnarə Əhmədzadənin sinif konserti keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, rəngarəng konsertin solistləri Əməkdar artist Aynur İsgəndərli, Yuliya Heydərova, Prezident təqaüdçüsü Atəş Qara, respublika və beynəlxalq müsabiqələr laureatları Güllübəyim Məmmədova, Mircavid Cəfərov, Qəmərxanım Məmmədova, Nəzrin Muradlı, Gülnar Nəcəfova və Fərid Hacıyev ecazkar ifaları ilə dinləyicilərin zövqünü oxşayıblar.
Solistləri tədbirdə Akademiyanın istedadlı tələbələri müşayiət ediblər.
Zəngin konsert proqramında Müslüm Maqomayevin “Anam Azərbaycan”, Süleyman Ələsgərovun “Vətən”, Niyazinin “Arzu”, Astor Piazzolanın “Libertanqo”, Joze Maria le Kallenin “Amapola”, Enrike Qranadosun “İspan rəqsi”, Manuel de Folyanın “İspan rəqsi”, Həsən Rzayevin “Çahargah fantaziyası”, Asəf Zeynallının “Ölkəm” romansı dinləyicilərə təqdim olunub.
Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatıb.
27 Mart 13:40
1 659
25 Mart 16:21
2 366
23 Mart 22:02
3 731