8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
29 Dekabr 2022 12:15
8 302
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalib və iştirakçılarının təltifolunma mərasimi keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, təltifolunma mərasimində Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin rayonlar üzrə təşkil olunmuş final mərhələsində fərqlənən qalib və iştirakçılar Baş İdarənin diplom, fəxri fərman, eləcə də hədiyyələri ilə mükafatlandırılıblar. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibləri Hüseyn Cavid yaradıcılığından parçalarla çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığına və onun sürgün həyatına həsr olunmuş videoçarxlar nümayiş olunub, eyni zamanda, kitab sərgisi açılıb.