Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
1 Oktyabr 2024 09:54
7 819
Rusiya Elmlər Akademiyasının arxeoloqları Böyük Novqorodda 10-cu əsrin sonlarına aid ərəb xilafətinə məxsus gümüş xəzinəsini tapıblar.
Bu barədə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəsmi saytında məlumat verilib.
Ekspedisiya cari ilin iyul-sentyabr aylarında Böyük Novqorod şəhərinin Vozdvijenskaya küçəsindəki yaşayış binasının tikinti zonasında arxeoloji tədqiqatlar aparıb.
Xəzinədə 1800-ə yaxın gümüş sikkə və 80-dən çox gümüş zinət əşyası var idi. Onun çəkisi təxminən 3 kq idi. Xüsusilə, xəzinədə II Şah Xosrovun (591-628) Sasani drahması, imperator I Ottonun (936-973) alman dinarı və doqquz Bizans miliarisi var idi.
Cavid