6 Dekabr 2024 17:20
9 331
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyinatı olub.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib.
P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
13:40
1 092
25 Mart 16:21
1 883
23 Mart 22:02
3 262