Zelenski "Starshield"dəki nasazlıqların PUA-ların vurulmasını çətinləşdirdiyini bildirib
Aydın Hüseynov: “Vətəndaşa yeni mülkiyyət verilmir, mövcud hüququ rəsmiləşdirilir”
Ceyhun Bayramov: Azərbaycan-Estoniya münasibətləri hər zaman müsbət müstəvidə inkişaf edib
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - YENİLƏNİB
12:41
259
“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaradılır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-da ləğv edilməsinədək “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilən plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.
Dəyişikliyin məqsədi eyni hüquqi əsaslarla torpaq əldə etmiş, lakin fərqli sənədlərlə təmin olunmuş vətəndaşların hüquqlarını bərabərləşdirmək və onların torpaq sahələrinə çıxarış almasına imkan yaratmaqdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günel Elxan