“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
13 Dekabr 2024 15:14
8 176
Dekabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında klassik musiqi və poeziya axşamı təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, “Üç gözəlin bir arzusu” adlı konsert sevgi, harmoniya və Yeni il möcüzəsi ilə dolu bir atmosferə qərq olaraq ilin mükəmməl yekununu təmin edəcək.
Gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı Gülsüm Xəlilovanın (soprano) və Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nazxanım Dadaşovanın (piano) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Konsertin poeziya bölməsini Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, ssenarist və bir çox incəsənət layihələrinin müəllifi Ülviyyə Axundova təqdim edəcək.
26 Dekabr 21:24
910
26 Dekabr 08:57
1 281
25 Dekabr 20:21
1 498