“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
18 Mart 2025 10:03
13 426
Bu gün – ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işinə başlayacaq.
Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçiriləcək.
Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.
Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.
Türkmanlar Qarabağda yol boyu Kərkük şərqiləri də ifa edib.
Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.
Cavid
19 Mart 12:00
1 393
19 Mart 10:28
1 365
18 Mart 12:38
1 855