16 May 2025 12:11
5 061
Belçikada 64-cü dəfə keçirilən dünyanın məşhur karikatura festivalı olan “Grand Prize Golden Hat Knokke-Heist 2025” başa çatıb. Bu il festivala 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamı, həmyerlimiz Soltan Soltanlının “Adəm və Həvva” əsəri də finala qalanlar arasındadır.
Qeyd olunan 100 əsərdən ibarət sərgi iyulun 28-də Knokke-Heist şəhərində açılacaq və avqustun 24-dək davam edəcək.
Festivalın təşkilat komitəsi həmyerlimizi sərginin açılışına dəvət edəcəyini bildirib.
25 Mart 16:21
1 295
23 Mart 22:02
2 702
23 Mart 17:27
2 954