09:00
483
Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci Dünya Türkmənlər Birliyi Fondu və Avrasiya Türk Dərnəkləri Federasiyası ilə əməkdaşlıq çərçivəsində Harabati Fondunda şərəfinə təşkil olunan təbrik tədbirində iştirak edib.
Xalqcebhesi.az xəbər verir ki, proqramda türkmənləri və Türk dünyasını təmsil edən dərnək sədrləri, eləcə də Zeytinburnu Rayonunun İcra Başçısı, Zeytinburnu Bələdiyyə Başçısı, AK Partiya və MHP-nin rayon sədrləri, AK Partiyanın Türk Dövlətləri Təşkilatı ilə Əlaqələr üzrə sədr müavini və bir çox soydaşımız iştirak edirdi.
Millət vəkili deyib ki, bu bayraq altında illərlə davam edən mübarizədən sonra Suriya Parlamentində Hələb millət vəkili kimi xidmət etmək və Türk dünyasının bir üzvü olaraq Suriyanın yenidənqurma prosesinə töhfə vermək onun üçün böyük qürur və dərin məna kəsb edir:
"Bundan sonrakı mərhələdə Türk və Ərəb dünyası arasında güclü bir körpü rolunu oynamağı, hər iki xalqın ortaq maraqlarına, eləcə də bölgəmizin sülh, sabitlik və rifahına töhfə verən təşəbbüsləri həyata keçirməyi hədəfləyirik. Bu anlayışla, Suriyada cəmiyyətin bütün təbəqələrini əhatə edən, ədalət və qardaşlıq prinsiplərinə əsaslanan möhkəm bir quruluşun yaradılması üçün bütün səylərimizi göstərməyə davam edəcəyik. Bu mənalı tədbiri təşkil edən, orada iştirak edən, xoş arzularını bölüşən və bizə dəyərli hədiyyələr təqdim edən bütün hörmətli sədrlərə, qurum və təşkilatların nümayəndələrinə və soydaşlarımıza ürəkdən təşəkkür edir, dərin hörmətimi bildirirəm. Allahın izni ilə, bizə göstərilən etimada və verilən dəstəyə heç vaxt xəyanət etmədən, Türk dünyası üçün ümid mənbəyi olmağa və Suriyanın gələcəyinə töhfə verməyə çalışacağıq".
Cavid



