Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərində müvəqqəti qaz olmayacaq Cəmiyyət

Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərində müvəqqəti qaz olmayacaq

Bu gün Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 11.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.