9 Sentyabr 2025 11:02
5 614
Xalq artisti Sərdar Fərəcova kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir.
Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
11:21
483
7 Avqust 11:27
1 442
6 Avqust 11:14
1 666