8 Avqust 13:00
14:36
483
Yəmənin "Ənsar Allah" hərəkatından olan qiyamçı husilər Yəmənin cənub-qərbində yerləşən Muxa şəhəri yaxınlığında qoşunların toplaşdığı ərazilərə və silah anbarlarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə miqyaslı zərbə endirdiklərini bəyan ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın bəyanatında bildirilir.
"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur) Muxa rayonunda Səudiyyə düşməninin qüvvələrinin toplaşdığı nöqtələrə və onun silah anbarlarına qarşı miqyaslı hərbi əməliyyat keçirib", — deyə qiyamçıların nümayəndəsinin Telegram kanalında dərc olunmuş mətndə qeyd edilir.
Məryəm Quliyeva