Netanyahu Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bildirib Dünya

Netanyahu Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bildirib

İsrailin Baş naziri Binyamin Netanyahu yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində bildirib ki, İsrail Nazirlər Kabinetinin rəhbəri olduğu müddətdə nə İordan çayının qərb sahilində, nə də Qəzza zolağında Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, baş nazirin bəyanatını onun dəftərxanası yayıb.

"Mən Baş nazir olduğum müddətdə nə Qəzzada, nə də Yəhudiyyə və Samariyada (İordan çayının qərb sahilinin İsraildəki adı) Fələstin dövləti olacaq", — deyə Netanyahu bildirib.

Məryəm Quliyeva