İsrail Qəzza üzrə Sülh Şurasının planını rədd edib Dünya

İsrail Qəzza üzrə Sülh Şurasının planını rədd edib

İsrail Qəzza zolağı üzrə Sülh Şurasının 15 bənddən ibarət planını rədd edir və HƏMAS radikal hərəkatı həqiqətən tərksilah olunana qədər qoşunlarını Fələstin anklavından çıxarmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində belə bir bəyanatla çıxış edib.

"İsrail 15 bəndlik planı rədd edir. İsrail Müdafiə Qüvvələri HƏMAS tərksilah olunana qədər qoşunları çıxarmayacaq. HƏMAS-ın tərksilah olunması dedikdə mən ağır silahları, nisbətən yüngül silahları, bütün növlərdən olan silahları nəzərdə tuturam. Və biz formal deyil, real tərksilahdan bəhs edirik", — deyə Netanyahu bildirib. Baş nazirin bəyanatını onun dəftərxanası yayıb.

"Hazırda biz bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi fikirləri var ki, bunlardan bəziləri bizim üçün məqbuldur, bəziləri isə qəbulolunmazdır və biz buna necə qarşı çıxacağımızı bilirik", — deyə Netanyahu əlavə edib.

Məryəm Quliyeva