08:04
406
İlon Mask ABŞ-ın Texas ştatında inşa edilməsi planlaşdırılan Terafab çip istehsalı zavodunun layihəsini təqdim edib.
Bu barədə İlon Mask “X” sosial şəbəkəsində paylaşım edib.
O, Terafab Texas zavodunun dünyanın ən böyük və ən dəyərli binası olacağını bildirib.
SpaceX-in məlumatına görə, zavodun ümumi sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq. Bununla da Terafab dünyanın ən böyük çip istehsalı müəssisəsinə çevriləcək.
Məlumata görə, zavodda istehsal olunacaq çiplər humanoid Optimus robotlarında, Cybercab robotaksilərində, həmçinin SpaceX-in kosmik məlumat emalı mərkəzlərində istifadə ediləcək.