Netanyahu: "Mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq" Gündəm

Netanyahu: "Mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq"

İsrail Vaşinqton və Tehran arasında sazişin olub-olmamasından asılı olmayaraq İranın nüvə silahına əldə etməsinə icazə verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində belə bir bəyanatla çıxış edib.

"İranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı mübarizədə İsrailin Birləşmiş Ştatlarla tarixi tərəfdaşlığını yüksək qiymətləndirirəm. Və bir daha vurğulamaq istəyirəm: sazişlə və ya sazişsiz, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq", — deyə Netanyahu bildirib. Baş nazirin açıqlamalarını onun dəftərxanası yayıb.

Netanyahunun sözlərinə görə, son həftələrdə "İran region ölkələrinə, hətta onun hüdudlarından kənardakı ölkələrə hücum edir, lakin hücum etmədiyi bir ölkə var — İsrail". Onun fikrincə, bu, Tehranın "bunu edəcəyi təqdirdə İsrailin ona nə qədər güclü zərbə endirəcəyini bildiyi" üçün baş verir.

Məryəm Quliyeva