24 Mart 16:49
24 Noyabr 2021 19:03
24 430
İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun qurulması, reabilitasiya, peşə hazırlığı müəssisələrinin yaradılması təmin ediləcək.
Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, həmin ərazilərdə məşğulluğun təmin olunması və kiçik bizneslərin yaradılması üçün geniş özünüməşğulluq proqramları icra olunacaq.
"Nazirliyimiz post-müharibə dövründə çox ciddi sosial dəstək proqramları həyata keçirib. Bu proqramlar şəhid ailələrini, müharibə əllilərini, müharibə iştirakçılarını, erməni terrorundan əziyyət çəkən insanları əhatə edir. Post-müharibə dövründən bu günə qədər qeyd etdiyim kateqoriyadan olan 33 min vətəndaşımıza 41 mindən artıq xidmət göstərilib. Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəkdən danışarkən ilk növbədə qarşıda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır” - deyə, nazir müavini bildirib.
23 Mart 22:02
2 205
23 Mart 17:27
2 338
19 Mart 12:00
3 269