Kiyev və Vaşinqton arasında kritik sülh danışıqları başlayır
8 Oktyabr 17:39
8 Oktyabr 17:39
8 Oktyabr 15:20
8 Oktyabr 13:39
Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq
XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
2 Dekabr 2021 11:31
27 965
Biz Qarabağın azad edilən ərazilərinə getdikdə mədəni irsimizin dağıdılma miqyasını gördük və başa düşdük ki, mədəniyyəti yenidən canlandırma planlarımız üçün dayanıqlı sülh lazımdır.
Trend-in məlumatına görə, bunu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.
"Mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var. Biz sülhün mədəniyyətin inkişafına verə biləcəyi töhfə haqqında düşünürük. Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən, canlansın bərpa olunsun", - deyə nazir qeyd edib.
A.Kərimov bildirib ki, mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var.
"Azərbaycan sülh üçün yalnız təklif irəli sürmür, bu istiqamətdə real addımlar da atır", - deyə o qeyd edib.
Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
8 Oktyabr 15:40
840
8 Oktyabr 15:21
784
6 Oktyabr 11:16
1 337