

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Ölkəmizdə gənclərə evlənmək üçün maddi dəstək verilməsi mümkündür. Bu, xüsusilə aşağı faizli kreditlər və dövlət yardımları şəklində olur. Dəstəklər gənclərin maddi çətinliklərini azalda, ailə qurmaq üçün daha çox insanı həvəsləndirə bilir”.
Bunu xalqcəbhəsi.az-a araşdırmaçı-sosioloq Məhbubə Mehdiyeva deyib.
M.Mehdiyeva bu endirimlərin paket şəklində də təqdim olunduğunu qeyd edib: “Belə ki, qurumlar və ya müəssisə rəhbərləri işçiyə maddi yardım, güzəştlər təqdim edir. Bundan əlavə, həmkarlar ittifaqı tərəfindən də aylıq yardımlar təklif olunur”.
Sosioloq diqqətə çatdırıb ki, nikah sayının azalması təkcə maddi səbəblərlə bağlı deyil: “Sosial və mədəni amillər, işsizlik, yaşayış şərtləri və insanların fərdi seçimləri də nikah sayının azalmasına səbəb olur. Buna görə də maddi yardımlar nikahların artmasına kömək edə bilər. Nəticə etibarilə maddi dəstək çox problemleri yerindəcə həll edir”.
Röya İsrafilova