8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
28 Aprel 2025 19:27
5 887
Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib:
“Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.
Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.
12:57
1 211
10:58
777
8 Sentyabr 19:09
1 148