Almaniyada məktəb avtobusu binaya çırpılıb Dünya

Almaniyada məktəb avtobusu binaya çırpılıb

Almaniyanın şimalında məktəb avtobusu binaya çırpılıb, xəsarət alanlar var.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bild" qəzeti polisə istinadən məlumat yayıb.

Hadisə ölkənin şimalındakı Şlesviq-Holşteyn federal torpağında baş verib. Avtobusda təxminən 20 uşaq olub. Naməlum səbəbdən o, dairəvi yolu diaqonal olaraq keçərək binaya çırpılıb

Məryəm Quliyeva