“Prosesdə QHT nümayəndələrinin iştirakı müsbət haldır” Gündəm

“Prosesdə QHT nümayəndələrinin iştirakı müsbət haldır”

“Bakıda keçirilmiş Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünü müsbət qiymətləndirirəm. Əbədi düşmən olmaq mümkün deyil. Müharibə bitib və sülh sazişi paraflanıb. Ona görə də sülh sazişi imzalanana qədər tərəflərin ünsiyyətlərini müsbət qiymətləndirirəm”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü deyib.

M.Göyüşlü prosesdə xüsusən QHT nümayəndələrinin iştirakının müsbət hal olduğunu vurğulayıb: “Çünki vətəndaş cəmiyyəti təmsilçilərinin prosesdə mühüm rol oynaması prosesin alt bazasının formalaşmasına kömək edəcək. Vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən prosesin zənginləşdirilməsi, xalqa çatdırılması və gerçəkləşdirilməsinə dəstək olması çox mühüm bir məsələdir”.

Röya İsrafilova