24 Noyabr 14:26
Tramp İrana qarşı hərbi əməliyyatın yanvarın sonunadək maliyyələşdirildiyini deyib
Tramp İranda hakimiyyət dəyişikliyinə çalışmadığını bildirib
Britaniya və Ukrayna zərbə PUA-larının istehsalı barədə saziş imzalayıb
Zelenski Pentaqonun 48 ədəd "Patriot" raketinin tədarükünü ləngitdiyini açıqlayıb
Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatını "persona non qrata" elan edib
08:23
196
Böyük Britaniya və Ukrayna Britaniya ərazisində Ukrayna istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına dair saziş imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq razılaşmalar Britaniya hərbi idarəsinin rəhbəri Uez Stritinqin Ukraynaya səfəri çərçivəsində Volodimir Zelenski və Ukraynanın müdafiə naziri Yevgeni Xmara ilə keçirdiyi görüşlər zamanı əldə olunub. Yeni saziş Ukraynaya Böyük Britaniyada zərbə dronları istehsal edən zavodlar açmağa imkan verəcək.
Səfər zamanı Stritinq Xarkova da baş çəkərək ukraynalı hərbçilərlə görüşüb. O, döyüş əməliyyatları zonasına bu qədər yaxınlaşan ilk Britaniya müdafiə naziri olub.
Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, Kiyevə hərbi yardımın artırılması böhranın uzanmasına gətirib çıxarır və silah tədarükçülərini cinayətlərin şərikli iştirakçısına çevirir.
Məryəm Quliyeva