Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
15 Dekabr 2025 09:07
1 841
Avstraliyanın Bondi çimərliyində Hanukka bayramı zamanı yəhudilərə hücum aktı baş verib.
Hücum nəticəsində 15 nəfər ölüb, xeyli sayda yaralı var. İndiki məqamda baş verən terror aktını zəruri edən səbəb nədir?, - sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Politoloq bildirdi ki, son bir neçə ildə Netanyahu hökuməti Qəzzada, Suriyada, Liviyada, Livanda və s. bölgələrdə terror qruplaşmalarına qarşı əməliyyat adı altında aviyasiya hücumları təşkil edir.
Ümumiyyətlə, B.Netanyahunun özünün etirafını nəzərə alsaq bu cür hərbi əməliyyatlar 8 bölgədə aparılır. Və sözsüz ki, bu tip əməliyyatlar insan itkisi ilə nəticələnir. Bundan əlavə sirr deyil ki, əksər terror qruplaşmalarının Avropanın müxtəlif ölkələrində gizli hücrələri var. Bu istiqamətdə ən çox İran fərqlənir. İran xüsusi xidmət orqanlarına bağlı olan hücrələr uzun illərdir ki, yəhudilərə qarşı müxtəlif miqyaslı bu tip terror hərəkətlərinə yol verirlər.
Bundan başqa Qəzzada daxil olmaqla ümumiyyətlə Fələstində 20-dən çox hərbi-siyasi qruplaşma var. Nəzərə alsaq ki, Qəzza əhalisinin 12%-dən çoxu öldürülüb və ya müxtəlif dərəcəli xəsarətlər alıb. O, zaman yerli qruplaşmaların içərisində qisas xarakterli terror aktlarının törədilməsi ilə bağlı qərar qəbul edən şəxslərin olması mümkündür. Teror aktının məkan və zaman məsələsidə əhəmiyyət kəsb edən faktorlardandır.
Hadisənin indiki məqamda törədilməsi “kimsə terrordan sığortalanmayıb” mesajı ilə qorxu, təlaş yaratmağa hesablanıb.
Cavid