15:52
980
Danimarka Müdafiə Nazirliyi Qrenlandiyaya hərbi texnika və qabaqcıl dəstə göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Danimarka radio yayım şirkəti məlumat yayıb.
Qeyd olunur ki, adaya göndərilən hərbçilər ordunun və krallığın Müdafiə Nazirliyinin digər bölmələrinin daha böyük qüvvələrini qəbul etməyə hazırlaşacaqlar.
Televiziya şirkəti Nuukda eniş edən Danimarka Müdafiə Nazirliyinə məxsus Challenger təyyarəsinin fotosunu yayımlayıb. Lakin Kral Silahlı Qüvvələrinin komandanlığı hələlik bu məlumatla bağlı şərh verməyib.
"Biz Danimarka Müdafiə Nazirliyinin, eləcə də digər ölkələrin iştirakı ilə Qrenlandiyada daha daimi və geniş iştirakı ilə irəliləyirik", - Danimarka Müdafiə naziri Troels Lund Poulsen Xarici İşlər Komitəsinin iclasından sonra bildirib və həmçinin NATO təlimlərinin 2026-cı ildə Qrenlandiyada keçiriləcəyini xatırladıb.
Məryəm Quliyeva