15:54
805
“Sülh Şurası”nın tərkibinə 50-dən çox ölkə daxil olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosda şuranın təsis olunması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlər ondan təşkilata neçə ölkənin qoşulacağını soruşublar.
“Onların sayı 50-dən çoxdur”, – deyə Tramp bildirib. Qeyd edək ki, “Sülh Şurası”nın nizamnaməsinə əsasən, Donald Tramp şuranın sədri hesab olunur.
Məryəm Quliyeva