"Avropa Rusiyanın əlindən çıxır" Gündəm

"Avropa Rusiyanın əlindən çıxır"

Avropa ölkələri arasında son zamanlar baş verən yaxınlaşma daha çox Rusiyanın bölgədəki təsirinin zəifləməsi ilə bağlıdır. Rusiya - Ukrayna münaqişəsi Moskvanın bölgədə güc itirməsinə gətirib çıxarıb.

Bunu xalqcebhesi.az-a politoloq Zeynal Əmrəliyev deyib.

O, qeyd edib ki, hec təsadüfi deyil ki, Avropa ölkələrinin əksəriyyətində Rusiyaya bağlı siyasətçilər hansı ki, hakimiyyətdə idi, onlar seçkidə uduzdular: "Məsələn, Macarıstanda Viktor Orbanı buna misal göstərə bilərik. Son zamanlar isə Moldova da Maya Sandu hökuməti antiRusiya siyasəti aparır. Moldovanın MDB-dən çıxması, parelel şəkildə Avropa Birliyinə üzvlük üçün hərəkətə keçməsi faktı onu göstərir ki, Rusiyanın burdakı mövqeləri zəifləyib. Bu Dnestryandakı kommunist rejimini də təsir edə bilər.

Rusiya dəstəkli olan bu rejimin daxildən çökməsi üçün Kişinyov hazırda aktiv şəkildə iş aparır. Rusiyanın başının Ukraynaya qarışmasından Sandu hökuməti fəal şəkildə istifadə edir. Gələcəkdə biz Dnestryanda da Rusiyanın əlehinə hərəkətlərin şahidi ola bilərik. Bu hadisələr əlbəttə ki, Rusiyanı qıcıqlandırır. Ancaq Moskvanın indiki halda edəcəyi çox da bir şey yoxdur. Belə görünür ki, Avropa Rusiyanın əlindən çıxır".

Cavid