“Bu, Ermənistanın daxili siyasət məsələsidir” Gündəm

“Bu, Ermənistanın daxili siyasət məsələsidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcəyini bildirib. O, bunu ölkədə davam edən intensiv seçkiqabağı kampaniya ilə əlaqələndirib.

Paşinyanın bu qərarının əsas səbəbi həqiqətən Ermənistandakı seçkiqabağı kampaniyadır, yoxsa bunun arxasında başqa siyasi səbəblər dayanır?

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, bu, Ermənistanın daxili siyasət məsələsidir: “Nə qərar qəbul edəcəklərsə, Azərbaycandan başqa hansı ölkələrlə hansı münasibətləri qururlarsa, bu, onların seçimidir. Azərbaycanı maraqlandıran isə ancaq Ermənistanın Azərbaycana olan münasibət məsələləridir. Biz Ermənistandan öz Konstitusiyasında Azərbaycana ərazi iddiasının çıxarılmasını gözləyirik. Bu, olacaqsa, paraflanmış sülh müqaviləsi imzalanacaq və normal qonşuluq münasibətləri qurulacaq. Qalan məsələlər isə artıq Ermənistanın öz daxili və xarici siyasət məsələləridir”.

Röya İsrafilova