Rövşən Rüstəmov: BTQ-nin modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər”
12:24
539
“Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər ölkənin infrastrukturunun inkişafında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb”.
Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında vurğuladığı əsas məqamlardan biri enerji gəlirlərinin ölkənin inkişafına yönəldilməsi ilə bağlıdır:
“Enerji satışından əldə olunan gəlirlər ölkəyə daha çox valyuta daxil olmasına imkan yaratmaqla yanaşı, müasir infrastrukturun formalaşdırılmasına da ciddi töhfə verib. Bu, həm də Azərbaycanın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
V.Bayramov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əsas məqsədlərindən biri bölgələrdə müasir infrastrukturun qurulması olub:
“Bu infrastrukturun formalaşdırılmasının əsas maliyyə mənbəyi məhz enerji resurslarının satışından əldə edilən gəlirlərdir. Hazırda ölkədə güclü infrastruktur bazası mövcuddur və qarşıdakı dövrdə əsas hədəflərdən biri həmin potensialın daha böyük iqtisadi dəyərə çevrilməsidir”.
Deputatın sözlərinə görə, bu istiqamətdə dövlət tərəfindən müxtəlif təşviq mexanizmləri tətbiq olunur:
“Sənaye parklarında geniş vergi güzəştləri mövcuddur, gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilir. Xüsusilə sənaye parkları və prioritet sektorlar üzrə bu təşviqlərin artırılması investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir”.
Vüqar Bayramov əlavə edib ki, təşviqedici alətlərin daha da genişləndirilməsi regionların rəqabət qabiliyyətinin yüksəlməsinə, yeni iqtisadi imkanların yaranmasına və paytaxtla bölgələr arasındakı inkişaf fərqinin mərhələli şəkildə azalmasına töhfə verə bilər.
Günel Elxan