08:25
560
Qlobal fond bazarlarında əsas indekslərdə eniş tendensiyası davam edib.
"APA-Economics" xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 1,21% azalaraq 50 687,07 bəndə, S&P 500 indeksi 0,74% azalaraq 7 553,68 bəndə, Nasdaq Composite indeksi isə 0,89% azalaraq 26 853,97 bəndə enib.
Avropada da mənfi dinamika qeydə alınıb. Böyük Britaniyanın FTSE 100 indeksi 0,40% azalaraq 10 332,30 bəndə, Almaniyanın DAX indeksi 1,31% azalaraq 24 795,94 bəndə, Fransanın CAC 40 indeksi isə 0,71% azalaraq 8 150,42 bəndə düşüb.
Asiya bazarlarında da satışlar üstünlük təşkil edib. Yaponiyanın Nikkei 225 indeksi 1,65% azalaraq 67 273,75 bəndə, Honq Konqun Hang Seng indeksi 1,47% azalaraq 25 256,01 bəndə, Çinin CSI 300 indeksi isə 0,58% azalaraq 4 910,21 bəndə geriləyib.
Analitiklər qlobal bazarlardakı enişi investorların riskli aktivlərdən uzaqlaşması, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və enerji qiymətlərindəki volatillik fonunda ehtiyatlı mövqe tutması ilə əlaqələndirirlər. ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər də səhm bazarlarına təzyiq göstərib.
08:56
413
3 İyun 12:28
1 603
3 İyun 11:29
1 547