12:59
2 093
Amerika Birləşmiş Ştatları İranla saziş bağlamaq niyyətindədir, lakin bunu nəyin bahasına olursa-olsun etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
"Biz saziş bağlamaq istəsək də, bunun nəyin bahasına olursa-olsun baş tutmasını istəmirik. Biz yaxşı, real, yoxlanıla bilən və icra olunan bir saziş istəyirik. Danışıqlar prosesi zamanı və ya ondan sonra əldə edilən hər hansı razılaşmaya əməl olunması olduqca vacibdir", - deyə o, Bəhreyndə Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bildirib.
Məryəm Quliyeva