Tramp: ABŞ zəlzələdən zərər çəkmiş Venesuelaya kömək etməyə hazırdır Gündəm

Tramp: ABŞ zəlzələdən zərər çəkmiş Venesuelaya kömək etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar zəlzələnin fəsadlarının aradan qaldırılmasında Venesuelaya yardım göstərəcək.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Böyük Venesuela xalqını indicə sarsıdan iki güclü zəlzələ miqyasına görə nəhəng olub və çox sayda insanın ölümünə səbəb olub", — deyə o, bildirib.
"ABŞ kömək etməyə hazırdır, bunu istəyir və buna qadirdir! Mən hökumətimizin bütün qurumlarına operativ fəaliyyətə hazırlaşmaq barədə göstəriş vermişəm. Biz yeni və möhtəşəm dostlarımızın yanında olacağıq", — deyə o əlavə edib.

Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib: təxminən 40 saniyəlik fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkanlar seriyası qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaraki ştatında, bir-birindən 10 km məsafədə yerləşib.

Məryəm Quliyeva