Tramp HƏMAS-ın tam tərksilah olunması barədə razılaşmanı elan edib Dünya

Tramp HƏMAS-ın tam tərksilah olunması barədə razılaşmanı elan edib

ABŞ Prezidenti Donald Tramp iyulun 30-da fələstinli radikal HƏMAS hərəkatının birləşmələrinin tam tərksilah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" şəbəkəsində yazib.

"Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza zolağındakı bütün digər silahlı qruplaşmaların tam tərksilah edilməsi barədə tarixi miqyaslı razılaşma əldə edib. Bu, davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində böyük bir addımdır", — deyə qeyd edib.

Məryəm Quliyeva