"Bu əməkdaşlıq Anadolu–Körfəz–Cənubi Asiya xəttində yeni strateji güc oxunun başlanğıcı ola bilər" Dünya

"Bu əməkdaşlıq Anadolu–Körfəz–Cənubi Asiya xəttində yeni strateji güc oxunun başlanğıcı ola bilər"

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar.

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz xalqcebhesi.az-a deyib ki, əgər Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan əməkdaşlığı yalnız siyasi bəyannamə və ya protokol səviyyəsində qalmayıb, ortaq hərbi planlaşdırma, müntəzəm təlimlər, müdafiə sənayesinin inteqrasiyası, kəşfiyyat əməkdaşlığı və hava-dəniz təhlükəsizliyi mexanizmləri ilə institusional xarakter alarsa, qarşıdakı 10 il ərzində Yaxın Şərq və Cənubi Asiyanın ən mühüm təhlükəsizlik platformalarından birinə çevrilə bilər:

"Daha geniş geosiyasi baxımdan isə bu proses ABŞ mərkəzli təhlükəsizlik sisteminin tamamilə aradan qalxması deyil, onun yanında daha çox regional və çoxqütblü təhlükəsizlik mexanizmlərinin meydana çıxması kimi qiymətləndirilməlidir.

Bu baxımdan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının əməkdaşlığı təkcə üç ölkə arasındakı hərbi münasibət deyil. Əgər davamlı və institusional xarakter alarsa, Anadolu–Körfəz–Cənubi Asiya xəttində yeni strateji güc oxunun başlanğıcı ola bilər".

Cavid