“Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan çox cüzi addımlar atır” Siyasət

“Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan çox cüzi addımlar atır”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyini müsbət qiymətləndirirəm. Bayden administrasiyasından fərqli olaraq Tramp həm Azərbaycanla münasibətlərin normallaşmasına, həm də regionda sülh və sabitliyin təmin olunmasına daha çox önəm verir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlü bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində sülh sazişinin paraflanması region və beynəlxalq ictimaiyyət üçün mühüm hadisə idi: “Lakin sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsi istiqamətində Ermənistan heç bir iş görmür. Zəngəzur dəhlizi hələ açılmayıb və açılması istiqamətində Ermənistan çox cüzi addımlar atır. Bütövlükdə, hesab edirəm ki, müharibə deyil, sülh üstün tutulmalıdır. Sülh müqaviləsi ətrafında aparılan müzakirələr və bu istiqamətdə atılan addımlar həm regionun, həm də tərəflərin maraqlarına xidmət edir”.

Röya İsrafilova