“Səbail”in yeni prezidenti: İstəyimiz Premyer Liqaya yüksəlməkdir İdman

“Səbail”in yeni prezidenti: İstəyimiz Premyer Liqaya yüksəlməkdir

“İlk istəyimiz birinci liqadan Premyer Liqaya yüksəlməkdir”.

Bunu Birinci Liqa təmsilçilərindən “Səbail”in yeni prezidenti Mirzə Bayrampur klubun yeni idarə heyətinin təqdimat mərasimində deyib.

O, klubu himayəsinə götürdükdən sonra ilk dəfə qarşıya qoyduğu hədəfləri açıqlayıb:

“Digər əsas məqsədimiz isə uşaq futbolunun inkişaf etdirilməsidir. Bu gün klubların tez dağılmasının, davamlı ola bilməməsinin əsas səbəbi uşaq futbolunun inkişaf etməməsidir. Bu səbəblə akademiyanın yaradılması çox vacibdir”.