Yeni təhlükəsizlik platformasının başlanğıcı Dünya

Yeni təhlükəsizlik platformasının başlanğıcı

Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişi təkcə növbəti hərbi sənəd deyil. Bu, Yaxın Şərqin gələcək geosiyasi nizamının əsas sütunlarından biri ola biləcək yeni təhlükəsizlik platformasının başlanğıcı kimi qiymətləndirilə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu siyasi ekspert Mürtəza Bünyadlı deyib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın iştirakı ilə keçiriləcək zirvə görüşündə imzalanması gözlənilən saziş ilk baxışdan müdafiə xarakterli sənəd təsiri bağışlada da, daha geniş Mərkəzi Asiya və Yaxın Şərq coğrafiyasını əhatə edəcək. Bu əməkdaşlıq modeli klassik hərbi alyansdan daha çox yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması cəhdidir" - o, qeyd edib.

Onun fikrincə, əgər Türkiyə-Pakistan-Səudiyyə əməkdaşlığı uğurlu nəticə verərsə, gələcəkdə Misir, İordaniya, Qətər, BƏƏ və digər ölkələrin də müəyyən formatda bu platformaya qoşulması istisna deyil. Bu halda Yaxın Şərqdə ilk dəfə olaraq təhlükəsizlik, enerji, logistika və iqtisadi əməkdaşlığı birləşdirən regional mexanizm formalaşa bilər.

Cavid